NAXÇIVAN :

02 May 2026, Şənbə

Azərbaycan dilindən BMT-nin əsas dillərinə və türk dillərinə tərcümə lüğətləri hazırlanacaq

...

Azərbaycan dilindən Birləşmiş Millətlər Təşkilatının əsas dillərinə, türk dillərinə və həmin dillərdən Azərbaycan dilinə tərcümə lüğətləri hazırlanaraq yayılacaq.

"Şərq qapısı" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası 2026-2030-cul illərdə tərcümə lüğətlərinin hazırlanması məqsədilə təşkilati işlərin həyata keçirilməsi, mütəxəssis qruplarının formalaşdırılmasını təmin etməlidir.

Nəşr edilib : 14.01.2026 17:10