DT və TC altqruplarında bəzi ixtisaslar üzrə keçid...
12:45 13.08.2026
0
0
0
Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi məsələləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb.
Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları qeyd olunub.
Tərəflər alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər. Müasir texnologiyaların, innovativ həllərin və nou-haunun tətbiqi, eləcə də bu istiqamətlərdə təcrübə transferinin təşviqi imkanları müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər