Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
14:00 19.04.2026
0
0
0
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
"Şərq qapısı" xəbər verir ki, 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionu 1/4 finalda macarıstanlı Zsombor Veqə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Zelim Tçkayev (81 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar. Turnirə bu gün yekun vurulacaq.
Digər xəbərlər