NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Asiya Parlament Assambleyasının Siyasi məsələlər daimi komitəsinin iclasında 8 məsələ müzakirə edilib

...

Fevralın 20-də Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) Siyasi məsələlər daimi komitəsinin iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, iclasda APA-nın Siyasi məsələlər daimi komitəsinin sədri - İraq Nümayəndələr Şurasının üzvü Cabbar Frayyeh Abbas Al-Kinani iclasın gündəliyini açıqlayıb və Asiya regionunda baş verən hadisələrlə bağlı fikirlərini səsləndirib.

Sonra gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb.

Müzakirəyə çıxarılan “Yaxşı idarəetmə haqqında”, “Hüququn aliliyi və məhkəmə sisteminin gücləndirilməsi haqqında”, “Yaxşı parlament təcrübələri haqqında”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması haqqında”, “Asiyada rifah naminə Asiya parlamentləri və hökumətlərinin birgə fəaliyyəti haqqında”, “Demokratiya vasitəsilə ahəngdar inkişaf haqqında”, “Asiya parlamentlərinin Fələstin xalqına sarsılmaz dəstəyi haqqında”, “Çoxtərəfliliyin qorunması və təşviqi üçün Asiya Parlament Assambleyası üzvləri arasında əməkdaşlığın gücləndirilməsi haqqında” qətnamə layihələri komitə tərəfindən qəbul olunaraq plenar sessiyaya tövsiyə edilib.

Nəşr edilib : 20.02.2025 10:15