NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq

...

Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.

Nəşr edilib : 01.08.2025 11:27