“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
"İlk öncə naxçıvanlıları salamlayırıq. Bizim üçün Naxçıvana gəlmək çox xoş oldu. Komanda çoxdandı bu səfəri gözləyirdi. Yeni futbolçuların Naxçıvandan az məlumatları var idi, özləri də gördülər, şahidlik etdilər. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, eyni zamanda Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundova da təşəkkür edirik. Bizim üçün hər bir şərait yaradılıb və düşünürəm ki, komanda olaraq Naxçıvana qayıtsaq daha da yaxşı olacaq".
“Şərq qapısı” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O bildirib ki, komanda olaraq çempionatın növbəti turunu burada oynamaq istəyirlər: "Əlbətdə komandamız azərkeşlər önündə daha rəngarəng oynamaq qabiliyyətindədir. Bunu biz konfrans ligində də müşahidə etdik. Komanda potensialı var, düşünürəm ki, komanda özü də Naxçıvanı və Naxçıvan camaatını sevindirmək istəyir".
Digər xəbərlər