NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Naxçıvanda səfərdədir

...

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublikasına səfər edib. 
"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində əsas komandanın futbolçuları və məşqçi heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib. 
Qeyd edək ki, səfər çərçivəsində komanda üzvlərinin Naxçıvan Muxtar Respublika Stadionunda azarkeşlərlə görüşü olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək. 
Tədbirin sonunda imza günü təşkil ediləcək.

Nəşr edilib : 07.10.2025 10:48