NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

"Araz-Naxçıvan" Bakıda 4:0 hesabı ilə məğlub oldu

...

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən görüşdə "Araz-Naxçıvan" Kiprin "Omoniya" komandası ilə qarşılaşıb və oyunu məğlubiyyətlə başa vurub.

"Şərq qapısı" xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə "Omoniya"nın xeyrinə başa çatıb. Qonaq komandanın hər iki qolunu 13-cü və 22-ci dəqiqələrdə 75 nömrəli futbolçu Loizos Loizu, 55-ci dəqiqədə 11 nömrəli oyunçusu Ewandro, 58-ci dəqiqədə isə 8 nömrəli oyunçu Stevan Jovetić qol vurub.

Qeyd edək ki, bu oyunun qalibi növbəti mərhələdə PAOK (Yunanıstan) – "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Nəşr edilib : 07.08.2025 21:59