NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar

...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.
“Şərq qapısı” xəbər verir ki, onlar beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası əlaqələrin qurulmasının əsas rolu qeyd edilib.

Nəşr edilib : 14.05.2025 20:25