NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

APA-nın daimi komitəsində 7 qətnamə layihəsi qəbul edilib

...

Asiya Parlament Assambleyasının (APA) İqtisadiyyat və dayanaqlı inkişaf daimi komitəsinin iclasında 7 qətnamə layihəsi qəbul edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə qərarlar APA-nın 15-ci plenar sessiyası çərçivəsində keçirilən İqtisadiyyat və dayanaqlı inkişaf daimi komitəsinin iclasında verilib.

Qətnamə layihələrinə Asiyada enerji bazarının yaradılması, ətraf mühit, maliyyə məsələləri iqtisadi artım üçün səylərin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması daxildir.

Qəbul edilən qətnamə layihələrinə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirməsinin dəstəklənməsi haqqında APA parlamentarilərinin rolu, Asiyada su və kanalizasiya və Asiya İqlim Maliyyə təşəbbüsü haqqında qətnamə layihələri də daxildir.

Nəşr edilib : 20.02.2025 09:42