Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərb...
14:59 16.01.2025
0
0
0
Aralıq dənizinin Türkiyənin Antalya vilayəti sahillərinə yaxın bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib.
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, təkanlar yerli vaxtla saat 12:08-də Antalyanın Qazipaşa rayonundan 58,86 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentrinin 32,69 kilometr dərinlikdə yerləşib.
Təkanlar ətraf bölgələrdə də hiss edilib və əhali arasında təşvişə səbəb olub.
AFAD-dan verilən açıqlamada yeraltı təkanlarla bağlı hələlik fəsadın qeydə alınmadığı, bölgədə araşdırma işlərinə başlanıldığı bildirilib.
Digər xəbərlər