NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

ANAMA: Ötən ay 440 mina və 2807 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyun ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 333, tank əleyhinə 107 mina və 2807 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 6618,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 01.07.2025 16:22