NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

ANAMA-nın əməkdaşı Füzulidə qəzaya düşüb, xəsarət alanlar var

...

Füzulidə minik avtomobili suvarma kanalına düşüb, iki nəfər xəsarət alıb.

"Şərq qapısı” xəbər verir ki, Balaşov Famil Adil oğlunun idarə etdiyi "VAZ" 2106 markalı avtomobil yol kənarındakı suvarma kanalına düşüb.

Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan sərnişin Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə FHN-nin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəza törədən F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 10.07.2025 22:41