NAXÇIVAN :

12 Aprel 2025, Şənbə

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni sədri seçilib

...

"Şərq qapısı" xəbər verir ki, keçirilən gizli səsvermənin nəticələrinə əsasən AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev Rəyasət Heyətinin sədri seçilib. 
Eyni zamanda, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi də müəyyənləşib. AMEA Naxçıvan Bölməsi Aparatının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Rəyasət Heyətinin elmi katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Naxçıvan) baş elmi işçisi, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Tariyel Talıbov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasının dosenti, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru Əliəddin Abbasov və AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman Xəlilov Rəyasət Heyətinin üzvləri seçiliblər.
Qeyd edək ki, Rəyasət Heyəti AMEA Naxçıvan Bölməsinin idarəetmə orqanıdır. Yeni tərkibdə seçilən Rəyasət Heyəti 21 fevral 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında təsdiq edildiyi halda rəsmi fəaliyyətə başlamış hesab olunacaq.

Nəşr edilib : 13.02.2025 17:35