Azərbaycanla Çinin diplomatik münasibətlərinin 35-...
15:29 29.07.2026
0
0
0
NAXÇIVAN :
29 Iyul 2026, Çərşənbə
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenanla görüşüb.
Bu barədə AMEA-dan məlumat verilib.
ICESCO-nun Bakı ofisində keçirilən görüşdə Abdulhakeem Alsenan təmsil etdiyi qurumla Azərbaycan Milli Elmlər Akademiyası arasında müxtəlif elmi istiqamətlər üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Birgə elmi layihələrin təşkili, xüsusən xəttatlıq üzrə, eləcə də qədim əlyazmaların mühafizə edilməsi sahəsində əlaqələrin genişləndirilməsinin önəminə toxunan Abdulhakeem Alsenan üzv ölkələrin təcrübəsindən yararlanmaq istiqamətində əməkdaşlığın qurulmasının faydalı olacağını vurğulayıb.
Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Akademiyanın ICESCO-nun Bakı ofisi ilə elm sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. AMEA rəhbəri birgə konfransların təşkili, müştərək elmi layihələrin həyata keçirilməsi, qədim əlyazma nüsxələrinin mühafizəsi, xəttatlıq üzrə treninqlərin təşkili və bir sıra digər istiqamətlər barədə fikirlərini diqqətə çatdırıb.
Sonra AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və ICESCO-nun Bakı regional ofisinin direktor müavini Məryəm Qafarzadə çıxış edərək müzakirə üzrə təkliflərini səsləndiriblər.
Tərəflər aparılan müzakirələrdən sonra AMEA ilə ICESCO-nun Bakı ofisi arasında anlaşma memorandumunun hazırlanması barədə razılığa gəliblər.
Digər xəbərlər