Fuat Oktay: Bakı-Tbilisi-Qars dəmiryolunun tam həc...
22:41 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
"Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində Şahbuz şəhərində “Ailədaxili münasibətlərə zərər verən amillər ağır hüquqi nəticələr verə bilər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova ailədaxili münasibətlərə zərər verən amillərin ciddi hüquqi və sosial nəticələrə səbəb ola biləcəyini deyib.
Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə ailə münasibətlərinə təsir edən amillər və onların hüquqi nəticəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, ailədaxili münasibətlərin pozulması həm ailə üzvlərinin həyat keyfiyyətini azalda, həm də hüquqi proseslərin başlanmasına gətirib çıxara bilər. Buna görə də bu cür problemlərin qarşısını almaq üçün vaxtında psixoloji və hüquqi yardım almaq önəmlidir. Ailədaxili münasibətlərin tənzimlənməsi cəmiyyətin sabitliyi və ailə üzvlərinin rifahı üçün əhəmiyyətlidir. Bu münasibətlər hüquqi, psixoloji və sosial mexanizmlərlə qorunmalı və inkişaf etdirilməlidir.
40 nəfərin yararlandığı tədbirdə iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzuda hazırlanmış buroşürlər paylanılıb.
Digər xəbərlər