NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib

...

Baş nazir Əli Əsədov “Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adının verilməsi haqqında” Qərar imzalayıb.

"Şərq qapısı"nın məlumatına görə, Qərara əsasən Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib.

Elm və Təhsil Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nəşr edilib : 09.02.2026 17:04