NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ağdam, Füzuli və Xocavənd rayonlarının 29,54 faizi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib

...

Ağdam, Füzuli və Xocavənd rayonlarının 29,54 faizi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

"Şərq qapısı" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində keçirilən “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” mövzusunda regional konfransda deyib.

E.Hüseynov bildirib ki, Ağdam rayonunun 51,24 faizi minalardan təmizlənib, 37 min 779 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Füzuli rayonunun 67,76 faizi, Xocavənd rayonunun isə 7,56 faizi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Nəşr edilib : 15.07.2025 12:49