Bu ilin 3 ayında qeydə alınmış 7738 cinayətin 85,9...
16:25 21.04.2026
0
0
0
Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə növbəti bir qrup ittifaq üzvü üçün Ağbulaq İstirahət Mərkəzində ikigünlük yay istirahəti təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, istirahət proqramı çərçivəsində iştirakçılar üçün canlı musiqi proqramları, intellektual bilik yarışları, şahmat və stolüstü tennis turnirləri keçirilib. Eyni zamanda cizgi film personajlarının iştirakı ilə baş tutan əyləncəli oyunlar iştirakçıların xüsusi marağına səbəb olub. İstirahət Mərkəzində təşkil olunan bu tədbirlər ittifaq üzvlərinə həm əyləncəli, həm də maarifləndirici anlar yaşadıb. Qeyd edək ki, tədbirdə iştirak edənlər yollayışın yalnız 15%-ni ödəməklə bu imkandan yararlanıblar. İttifaq üzvləri istirahət müddətində kanat xətti, gündə üç dəfə təqdim olunan zəngin qidalanma və digər yaradılmış şəraitdən istifadə edərək səmərəli istirahət imkanı əldə ediblər.
Digər xəbərlər