“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə ü...
12:16 01.10.2026
0
0
0
Regionda müdafiə sənayesi istiqamətində təhsil verən aparıcı universitetlərdən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində öz stendi ilə təmsil olunur.
AzTU-dan bildirilib ki, sərgidə tələbələrin hazırladığı müasir mühəndislik və texnoloji layihələr, həmçinin müdafiə sənayesi üzrə hazırlanan startaplar nümayiş olunur.
Universitetin stendində təqdim edilən layihələr yerli və xarici ziyarətçilərin marağına səbəb olub. AzTU nümayəndələri sərgidə ziyarətçilərə layihələrin texniki xüsusiyyətləri, tətbiq imkanları və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verirlər.
Sərgi oktyabrın 2-dək davam edəcək.
Digər xəbərlər