NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

ABŞ prezidenti Kaliforniya ştatında böyük fəlakət rejimi elan edib

...

ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edilməsi ilə bağlı bəyannamə imzalayıb.

"Şərq qapısı" xəbər verir k i, bu barədə Ağ Evin saytında məlumat verilib.

Zərərçəkmişlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər.

Eyni zamanda Bayden Kaliforniyada azı 5 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən İtaliyaya səfərini ləğv etmək qərarına gəlib.

Nəşr edilib : 09.01.2025 09:55