“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
Növbəti həftə ABŞ-nin müxtəlif dairələrindən olan nümayəndələr "Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.
"Şərq qapısı" xəbər verir ki, bu barədə erməni qəzeti "Joqovurd" mənbələrə istinadən yazır.
Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.
"Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq", - məlumatda bildirilib.
Digər xəbərlər