NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

9 Noyabr – Dövlət Bayrağı Günündə Naxçıvan şəhərində "Bayraq yürüşü" keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 9 Noyabr – Dövlət Bayrağı Günündə Naxçıvan şəhərində "Bayraq yürüşü" keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə icra hakimiyyətinin və tabeliyindəki qurumların əməkdaşları, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri – uşaqdan-böyüyə hər kəs əlində bayraq yürüşə çıxmağın sevincini və qürurunu yaşayıb.
Qeyd edək ki, yürüşün keçirilməsinin əsas məqsədi Vətən müharibəsində qazanılan şanlı qələbənin və milli atributlarımızın, bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
Heydər Əliyev Muzeyinin qarşısından başlayan yürüyüş yolu şəhərin ən hündür zirvəsində, Bayraq Meydanında yekunlaşıb. Yürüşün balaca iştirakçıları bayrağımızı, Vətənimizi vəsf edən şeirlər səsləndirib. Sonra Dövlət Bayrağı Muzeyi ziyarət edilib.

Nəşr edilib : 09.11.2024 16:52