NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

2025-ci ilin ilk doqquz ayında Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib

...

2025-ci ilin ilk doqquz ayı ərzində Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib. Bu barədə “Şərq qapısı”na  Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkim vəzifələrini müvəqqəti icra edən Hüseyn Əsgərov məlumat verib.
Bildirilib ki, qeyd olunan müddətdə zəhərlənmə hallarının hamısı ambulator formada qeydə alınıb və xəstələrə lazımi tibbi yardım göstərilib.
Həkimin sözlərinə görə, dəm qazı ilə zəhərlənmə halları, əsasən, qış aylarında, xüsusilə yanvar və mart aylarında daha çox müşahidə olunub.

Nəşr edilib : 14.10.2025 16:51