NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

2025-ci ilin aprel ayı Naxçıvan Dövlət Universitetində Beynəlxalq təlimlər aylığı elan edilib

...

Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətinin “Şərq qapısı” qəzetinə verdiyi məlumata əsasən hər kəsə açıq təlimlər peşəkar beynəlxalq təlimçilərin, yerli şirkətlərin, ekspertlərin iştirakı ilə baş tutacaq. Nəzəri biliklərin praktiki tətbiqi və yeni təcrübələr qazanmaq üçün unikal imkanlar yaradan beynəlxalq təlimlər aylığında layihələrin yazılması və idarə edilməsi, tədqiqat üçün data analizi və effektiv nəticə, təhsildə dəyişikliklərin idarə edilməsi və transformasiyası, fənlərarası tədqiqat və yeni bacarıqların inkişafı, həmçinin rəqəmsal dövrdə xarici dil öyrənənlərin avtonomiyasının inkişafı ilə bağlı müzakilərələr aparılacaq.

Nəşr edilib : 12.02.2025 11:47