Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadn...
22:46 04.02.2025
0
0
0
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Bu il Naxçıvan Muxtar Respublikasının da ictimai-siyasi həyatında əlamətdar hadisələrlə yadda qaldı. Yeni iqtisadi uğurların təməli atıldı. Belə ki, Prezident cənab İlham Əliyevin Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərmanı, həmçinin Naxçıvanda yeni istilik elektrik stansiyasının tikilməsi haqqında Sərəncam imzalanması iqtisadiyyatın, energetikanın, sənayenin inkişafı üçün geniş imkanlar açacaq.
Əlbəttə ki, atılan bu məqsədyönlü addımlar Naxçıvanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcını təmin edəcək. Sənaye Parkının yaradılmasının Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında rolu ilə yanaşı, həmçinin strateji baxımdan da böyük üstünlükləri vardır. Onu da qeyd edim ki, Prezidentin bu Fərmanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə geniş imkanlar yaradacaq və həmçinin proqram əsasında hazırlanan Tədbirlər Planında nəzərdə tutulan bir neçə prioritet istiqamət üzrə mühüm töhfə verəcək.
Yeni istilik elektrik stansiyasının tikilməsi muxtar respublikanın enerji sisteminin sabitliyinə, davamlılığına xidmət edəcək. Ən əsası isə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan enerji üçün balans rolunu oynayacaq. Bu da ciddi ixrac potensialının istifadə olunmasına mühüm stimuldur.
2024-cü il həm də növbəti illər üçün yeni iqtisadi perspektivlərə vəsilə oldu. Əminliklə demək olar ki, ölkə başçısının imzaladığı fərman və sərəncamların icrası ilə gələn il muxtar respublika iqtisadiyyatının inkişafı üçün geniş imkanlar açılacaq.
Mahir İSMAYILOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər