NAXÇIVAN :

06 Iyun 2026, Şənbə

06.06.2026: Naxçıvanda bu tarixdə 30 nikah qeydə alınıb

...

Bu gün – 6 iyun 2026-cı il tarixdə muxtar respublika üzrə, ümumilikdə, 30 nikah dövlət qeydiyyatına alınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən "Şərq qapısı"na bildirilib ki, qeydə alınan nikahlardan 26-sı "ASAN xidmət" mərkəzlərində, 4-ü isə Nikah evində rəsmiləşdirilib.
Qeyd edək ki, 06.06.2026 tarixinin yaddaqalan rəqəmlərdən ibarət olması səbəbindən bir çox cütlüyün məhz bu günü nikah günü kimi seçdiyi bildirilir. Bu baxımdan, tarix nikaha daxil olan cütlüklər arasında xüsusi maraq doğurub.

Nəşr edilib : 06.06.2026 18:00