NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

...

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.
“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.
Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – başsağlığı mətnində qeyd olunub.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş hərbçilərin nəşi tapılmışdı.

Nəşr edilib : 21.03.2025 21:47