NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Redaksiya heyəti

 

   Baş redaktor: Tahirli Rəmzi Surxay oğlu

  Tahirli Rəmzi Surxay oğlu 1991-ci ildə Şahbuz rayonunda anadan olub.

  2012-ci il tarixində Naxçıvan Özəl Universitetinin Filologiya istiqamətinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirib.

  2013-2022-ci illər ərzində Naxçıvan Muxtar Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2022-ci ildən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi  işləyib. Hazırkı vəzifəsinə qədər isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətində çalışıb.

 “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubliley medalı və 21 iyul 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Rəşadətli əməyə görə nişanı” ilə təltif olunub.

Evlidir, bir övladı var.

 


Baş redaktor müavini: Babayev Məmməd İlqar oğlu

30 aprel 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Jurnalistika ixtisasını, 2012-ci ildə magistratura səviyyəsinin mətbuat tarixi ixtisaslaşmasını bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə Naxçıvan Dövlət Radiosunda başlayıb, 2006-cı ildən “Naxçıvanın səsi” radiosunda fəaliyyətini davam etdirib. 2010-2012-ci illərdə “Nuh yurdu” qəzetində müxbir olaraq çalışıb. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetində laborant, müəllim kimi fəaliyyət göstərib.

2013-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin olunub. Həmin il iyulun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru təyin edilib.

2018-2020-ci illərdə Naxçıvan Televiziyasında baş redaktor vəzifəsində çalışıb. Müxtəlif sənədli filmlərin hazırlanmasında və səsləndirilməsində iştirak edib. 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti olaraq fəaliyyətini davam etdirib.

Naxçıvan Dövlət Universitetinin saathesabı müəllimi olaraq Jurnalistika ixtisasında müxtəlif ixtisas fənlərinin tədrisini davam etdirir.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2014-2019-cu illərdə yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı Siyasi Şurasının və İdarə Heyyətinin üzvü olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 8 avqust 2023-cü il tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini təyin edilib.