NAXÇIVAN :

02 May 2025, Cümə

"Qohum və erkən nikahların yaratdığı fəsadlar" mövzusunda maarifləndirici tədbir keçirilib

...

May ayının 1-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə  “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Tibb Kollecinin direktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Sona Məmmədova açaraq sözügedən mövzunun əhəmiyyətindən bəhs etmişdir. Daha sonra komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov mövzu ilə bağlı təqdimatla çıxış etmişdir. Çıxışda qeyd olunub ki, qohum və erkən nikahlar sağlam cəmiyyətin formalaşmasına maneə törədən ciddi sosial problemlərdən biridir. Bu cür nikahlar cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir və cəmiyyətin sağlam şəkildə inkişaf etməsinə mane olur. K.Məmmədov erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasına dair qanunvericilikdən bəhs edərək, qəbul edilən normativ-hüquqi aktlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib və vurğulayıb ki, gənclərin təhsili, fərdi inkişafı və sağlam gələcəyi üçün erkən yaşlarda və qohumlar arasında nikahların qarşısını almaq, cəmiyyətin rifahını artırmağa kömək edir.
88 nəfərin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub, maarifləndirici broşür paylanılıb, posterlər Naxçıvan Tibb Kollecinin elan lövhələrinə yerləşdirilib.

Nəşr edilib : 01.05.2025 21:37