"Qohum və erkən nikahların yaratdığı fəsadlar" möv...
21:37 01.05.2025
0
0
0
Gimnastika uşaqların fiziki və mənəvi inkişafında mühüm rol oynayır. Onlar öz zəhmətləri, əzmkarlıqları və istedadları ilə seçilirlər. Bu idman növü incəlik,çeviklik tələb edir. Bəzən yaşlarından böyük məsuliyyət daşıyırlar, amma içlərində bu sahəyə sevgi və hədəf onları daha böyük uğurlara aparır.
“Şərq qapısı”nın budəfəki qonağı Naxçıvanın istedadlı gimnastı Duyğu Rüstəmli oldu. O, artıq 6 ildir,gimnastika ilə məşğul olur və bu idman növündə bir sıra uğurlara imza atıb.Öyrənirik ki, balaca yaşlarından valideynləri onun qeyri-adi hərəkətlərini müşahidə etdikcə xüsusi istedada malik olduğunu düşünərək Duyğunu gimnastikaya yönləndiriblər. Məşqlərə hər gün böyük bir həyəcan və sevgi ilə qatıldığını deyən istedadlı gimnastımız bildirdi ki, bu idman növünə başlayarkən hər şey çox çətin görünsədə, bunun öhdəsindən gələrək bütün hərəkətləri öyrənməyə çalışıb: “Yarışlarda iştirak edən zaman bir az həyəcan yaşasamda, qarşıma qoyduğum məqsədə çatmaq üçün çalışdım. Bu yolda mənə ən böyük dəstək olan anamdır. Bütün uğurlarıma sevinərək daim məni ruhlandırır.Hədəfim yalnız yeni medallar qazanmaq deyil, həm də gələcəkdə peşəkar gimnast olmaqdır. Bu yolda mənə dəstək olan məşqçi-müəllimimətəşəkkür edirəm”.
Qeyd edək ki, Duyğu Rüstəmli “Gimnastika hamı üçün” devizi altında keçirilən turnirdə qalib adını qazanıb. O həm də bədii gimnastika üzrə muxtar respublikada təşkil olunan yarışlarda müxtəlif diplom və təltiflərə də layiq görülüb.
İnanırıq ki, Duyğu gələcəkdə daha böyük uğurlar qazanacaq.
Bülbül QULİYEVA
Digər xəbərlər