NAXÇIVAN :

02 May 2025, Cümə

Maarifləndirici tədbir keçirilib

...

 May ayının 1-də Culfa rayon Ərəzin kəndində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Mehbalızadə bu sahədə maariflənmənin əhəmiyyətini və vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova təqdimatla çıxış edərək bildirib ki, dünyadakı bütün uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və diqqətə ehtiyacı vardır. Qeyd edildi ki, məhz dövlətimizin qanunvericilik sistemində uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində etibarlı təminat mexanizmləri formalaşdırılmışdır.
Daha sonra Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Kamran Cəfərov da mövzu ətrafında öz fikirlərini bildirdi.
Diskussiya şəklində keçən tədbirdə mövzu ilə bağlı maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 01.05.2025 21:09