İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olu...
17:33 20.04.2026
0
0
0
Bu il iyunun 18-i və 19-da Naxçıvanda "III Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, bu mühüm təşəbbüsün ilk tədbiri Naxçıvan şəhərində, ikinci görüşü isə Batabat yaylağında baş tutub. Növbəti festival isə Zəngəzur dəhlizi üzərində yerləşən qədim və zəngin tarixə malik Ordubad şəhərində təşkil olunacaq.
Konqres hissəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irsimiz və qayıdış perspektivləri haqqında çıxış edəcəklər. Panel müzakirələri və elmi məruzələr proqramın əsas hissəsini təşkil edir.
Festival hissəsində isə milli-mədəni dəyərlərimizi əks etdirən təqdimatlar, incəsənət nümunələri və birlik ruhu ön planda olacaq
Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Digər xəbərlər