NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 405 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanı) I hissəsinin beşinci abzasına “Xidməti” sözündən sonra “və Dövlət Gömrük Komitəsi” sözləri əlavə olunsun və həmin abzasda “keçirir” sözü “keçirirlər” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2026-cı il

Nəşr edilib : 20.04.2026 17:26