AzMİ nümayəndəsi COOMET-in prezident şurasının növ...
18:43 20.04.2026
0
0
0
Muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvançay (Qarababa), Gilançay (Nürgüt) və Ordubadçay (Nüsnüs) hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylarda sel sularının keçməsi qeydə alınıb. Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə, bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli sel daşqınları müşahidə olunub. Mövcud hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artması ehtimalı qalmaqdadır. Əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmaq tövsiyə olunur.
Digər xəbərlər