NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində “Açıq qapı” günü təşkil olunub

...

Aprel ayının 30-da “Konstitusiya və Suverenlik İli” və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə Femida könüllüləri üçün “Açıq qapı” günü təşkil olunub.  Məhkəmə ilə tanışlıq çərçivəsində məhkəmə sədrinin müavini Müşfiq Həsənov məhkəmələrin dövlət quruluşunda yeri və rolu, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin fəaliyyəti, funksiyaları və iş rejimi ilə bağlı məlumatlar verib, sualları cavablandırıb.

Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, məhkəmənin kitabxanasını ziyarət edib, ayrı-ayrı şöbələrin iş sistemi ilə bağlı məlumatlandırılıblar.

Daha sonra qonaqların məhkəmə prosesini izləmələri üçün şərait yaradılıb.

Sonda xatirə fotosu çəkilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 30.04.2025 16:18