NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Sədərək rayon Dəmirçi kəndində "Qanunsuz tikililərlə mübarizə" mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Sədərək rayonunun Dəmirçi Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində Sədərək Rayon İcra Hakimiyyətinin, yerli icra nümayəndəliyinin və vətəndaşların iştirakı ilə şəhərsalma nəzarəti çərçivəsində "Qanunsuz tikililərlə mübarizə" mövzusunda birgə tədbir keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbir zamanı şəhərsalma nəzarətinin əsas norma və qaydaları, qanunsuz tikililərin qarşısının alınması, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Komitənin əməkdaşı Zahid Qasımov mövzu ilə bağlı çıxış edərək şəhərsalma qanunvericiliyinin tələblərini diqqətə çatdırıb, bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nəşr edilib : 22.04.2026 10:05