Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının b...
12:23 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2026-cı ilin l rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. “Şərq qapısı” xəbər verir ki, iclasda görülən işlər geniş müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclası giriş sözü ilə açan komitənin sədri Ramilə Seyidova gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, hesabat dövründə komitə tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təşviqi, eləcə də uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Rayon və şəhərlərdə maarifləndirici tədbirlər, görüşlər və seminarlar təşkil olunub, əhalinin müxtəlif təbəqələri ilə iş gücləndirilib.
Komitə sədri qeyd edib ki, 2026-cı ilin 3 ayı ərzində 1 kollegiya iclası, 35 tədbir, 36 görüş, 18 monitorinq, 12 təlim, 1 iclas, 4 seminar, 1 ustad dərsi, 4 sərgi-satış keçirilmişdir. Bu da 112 müxtəlif səpkili tədbirdir ki, ötən illə müqayisədə 43 müxtəlif səpkili tədbir çoxdur. Keçirilən tədbirlərdən 1276 kişi və 2416 qadın olmaqla, 3692 nəfər yararlanmış, 146 nəfər arasında sorğu keçirilmiş, 2253 təbliğat materialı paylanılmış və 68 poster elan lövhələrinə vurulmuşdur.
Ramilə Seyidova çıxışında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli Fərmanı ilə dövlət qulluqçularının əməkhaqlarının artırılmasını xüsusi vurğulayıb. Qeyd edib ki, bu mühüm qərar dövlət qulluqçularına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir və onların sosial rifahının yüksəldilməsinə, əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsinə xidmət edir.
Komitə sədri göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.
Komitə sədri vətəndaş müraciətlərinə baxılması məsələsinə də toxunaraq bildirib ki, müraciətlərin operativ və obyektiv araşdırılması, onlara düzgün baxılması qaydalarına riayət olunması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu sahədə komitəyə müraciət edən vətəndaşlarla münasibətin düzgün qurulması, şəffaflığın artırılması, onlara həssaslıqla yanaşılması və vətəndaş məmnunluğunun təmin edilməsi əsas prioritetlərdəndir.
Ramilə Seyidova, həmçinin qeyd edib ki, komitə əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi zamanı onların peşəkarlığı, məsuliyyəti və təşəbbüskarlığı əsas meyar kimi götürülür. Qarşıdakı dövrdə fəaliyyətin daha da səmərəli təşkili və innovativ yanaşmaların tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək.
Çıxışının sonunda qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, struktur bölmələrə müvafiq göstərişlər verilib.
Məruzə ətrafında komitənin sədr müavini Aytən Məmmədova, komitənin Aparat rəhbəri Eltun Həziyev və digərləri çıxış ediblər.
İclasın sonunda komitə əməkdaşlarına xidməti fəaliyyətlərində daha məsuliyyətli olmaq, dövlət siyasətinin həyata keçirilməsində fəallıq göstərmək tapşırılıb.
Digər xəbərlər