İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkan...
23:03 19.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
“Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik”. Prezident İlham Əliyevin bu fikri Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan genişmiqyaslı yenidənqurma işləri bütün regionun iqtisadi arxitekturasının yenidən qurulmasıdır. Dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Zəngilan bu yeni nizamın strateji ürəyi rolunu oynayır.
Prezident İlham Əliyevin bu strateji hədəfi Zəngilanın, sadəcə, bərpa edilən bir şəhər yox, həm də qlobal iqtisadiyyatın mühüm qovşağına çevriləcəyinin rəsmi bəyanıdır. Bu uzaqgörən planın reallaşması həm ölkəmizin daxili inkişafı, həm də xarici iqtisadi əlaqələrin yeni müstəviyə daşınması baxımından tarixi əhəmiyyət kəsb edir.
Zəngilanın coğrafi yerləşməsi bura ən müasir nəqliyyat infrastrukturunun cəlb edilməsini zəruri qılır. Beynəlxalq Hava Limanının inşası və Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar bu bölgəni şərqlə qərbi birləşdirən əsas logistik bazaya çevirir. Bu layihə regionda yeni iqtisadi imkanlar yaradaraq yükdaşımaların sürətlənməsinə və Azərbaycanın tranzit potensialının maksimum dərəcədə artmasına xidmət edir. Zəngilan bu baxımdan ölkəmizin əsas əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında qırılmaz bir körpü rolu oynamağa hazırlaşır.
Zəngəzur dəhlizinin işə düşməsi ilə Zəngilan və Naxçıvan vahid bir iqtisadi-logistik zəncirin iki mühüm halqasına çevriləcək. Bu əlaqə Naxçıvanın uzun illər davam edən blokadasına tamamilə son qoymaqla yanaşı, muxtar respublikanın ixrac potensialını birbaşa dünya bazarlarına çıxaracaq. Zəngilandan keçən yollar Naxçıvanı Azərbaycanın iqtisadiyyatına daha sıx bağlayacaq, bütövlükdə, regionun yükdaşıma xəritəsini kökündən dəyişəcək.
Eyni zamanda bu plan Zəngilanı gələcəyin “ağıllı logistika” mərkəzi kimi formalaşdırır. Müasir avtomobil yolları və dəmir yolu xətlərinin kəsişmə nöqtəsi olan bu qədim diyarımız yaxın gələcəkdə regionun iqtisadi dayaqlarından biri olacaq. Dövlət başçısının bu sözləri bütün region üçün, xüsusən də Naxçıvanın gələcək inkişafı üçün yeni inkişaf erasının başlanğıcının göstəricisidir. Zəngilan artıq sülhün, ticarətin və beynəlxalq əməkdaşlığın parlayan ulduzuna çevrilərək Azərbaycanın iqtisadi müstəqilliyini daha da möhkəmləndirir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər