NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb

...

Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir.

"Şərq qapısı" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər", – hökumət başçısı vurğulayıb.

Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əminliyini ifadə edib.

Baş nazir əlavə edib ki, Ermənistan institusional dövlətə çevrilməlidir.

Nəşr edilib : 28.11.2026 23:16