Azərbaycan və Rusiya parlamentarilərinin beynəlxal...
17:19 21.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantları arasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Vətəni tanı!” intellektual oyunu keçirilib.
Naxçıvan Tibb Kollecində reallaşan yarışmada oyunun qaydalarına əsasən iştirakçılar pazl şəklindəki inzibati ərazi vahidlərini xəritə üzərində öz yerinə yerləşdirməli olub.
Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb. Bu missiyanı digər iştirakçılardan daha tez yerinə yetirən Hərbi Kollecin kursantı Adəm Ələkbərli birinci olub. Hərbi Liseydən Məhəmməd Fərmanovla, Vüqar Hüseynov yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.
Digər xəbərlər