Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi M...
15:06 19.01.2026
0
0
0
Dekabrın 4-5-də akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” mövzusunda beynəlxalq konfrans (https://aymconference.com/) keçiriləcək.
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı-alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunacaq.
Nazirlikdən bildirilib ki, konfrans çərçivəsində Bakı, Naxçıvan və Ordubad şəhərlərində dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə geniş tematik panel sessiyaları, elmi diskussiyalar, mühazirələr, eləcə də akademikin həyat və fəaliyyətini əks etdirən mədəni proqramlar təşkil olunacaq.
Konfransın birinci günündə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçiriləcək.
Konfransın ikinci günündə Naxçıvanda akademikin abidəsinə, həmçinin Yusif Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulur.
Digər xəbərlər