NAXÇIVAN :

03 May 2026, Bazar

Yetirmələri onu hər zaman sevgi ilə xatırlayacaq

...

Ordubad rayonunun ziyalısı kimi Əmiraslan Fərəcovun adı həmişə  fəxrlə çəkilib. Ömrünü doğulub boya-başa çatdığı Dırnıs kəndinə və təhsil həyatına həsr edən Əmiraslan müəllimin 40 ildən çox pedaqoji fəaliyyəti dövründə saysız-hesabsız yetirmələri olmuşdur. Bu gün də məktəbin məzunları Əmiraslan müəllimi minnətdarlıq hissi ilə xatırlayırlar. Dırnıs məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayan Əmiraslan Fərəcov 1980-ci ildən 2020-ci ilədək həmin məktəbə rəhbərlik etmişdir. Yüksək pedaqoji və təşkilatçılıq bacarığına malik olan Əmiraslan müəllim media ilə də sıx əməkdaşlıq etmiş, elmi-publisistik məqalələri və "Youtube" kanalına yerləşdirdiyi videoları ilə yurdunun gözəlliklərini, tarixini, milli-mənəvi dəyərlərini daim təbliğ etmişdir. Təqaüdə çıxdıqdan sonra da keçirilən mərasimlərdə el ağsaqqalı kimi fəallıq göstərmiş, faydalı məsləhətləri ilə hər zaman gənclərin yanında olmuşdur. 
11 noyabr 2025-ci il tarixdə uzun sürən xəstəlikdən vəfat edən Əmiraslan Fərəcov Dırnıs kənd qəbiristanlığında dəfn edilmişdir. Allah rəhmət eləsin.

Nəşr edilib : 14.11.2025 11:35