Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəs...
02:11 11.03.2025
0
0
0
Xalq etiqadına görə, üçüncü ilaxır çərşənbə Yel çərşənbəsidir. Yel çərşənbəsində yelin ayılması, yelin əsməyə başlaması bəzi təsərrüfat işlərinin də sahmana salınmasına yardım edir.
Yel çərşənbəsinə bəzən xalq arasında “toz çərşənbə” də deyirlər.Yel – dünyanın yaranmasında üçüncü fundamental stixiya, yəni ünsür sayılır.
Azərbaycan türklərində “Yel baba” obrazı kimi tanınan varlıq qədim türk dünyaduyumuna görə, dünyada nə külək varsa, hamısının ixtiyarını öz əlinə alır.
Yel çərşənbəsində, ümumiyyətlə, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində bir-birindən maraqlı ayin və mərasimlər icra edilməkdədir ki, bunların çoxunda Yel tanrısına sitayiş əks olunur. Evlərdəki paltar-palazın təmiz havaya çıxarılıb tozunu təmizləmək, Xırman mərasiminin aktual olduğu vaxtlarda taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel tanrıçılığına inamı təsdiqləyir.
Uca Tanrı ömrünüzə nur qatsın, sağlam həyat, sağlam ruh diləyiniz gerçək olsun! “Yelli-güllü” çərşənbənin yeni nəfəsli, yeni ruhlu qədəmləri uğurlu olsun!
Digər xəbərlər