NAXÇIVAN :

12 Aprel 2025, Şənbə

Yaşıllıq sahələrində aqrotexniki qulluq və suvarma işləri aparılıb

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeli qurumlarının əməkdaşları tərəfindən Uzunoba su anbarının ətrafında terras üsulu ilə əkilən ağaclara aqrotexniki qulluq olunub və suvarma işləri aparılıb.
Əməkdaşlar tərəfindən 23 hektarlıq ərazidə quru budama, alaq otlarından təmizləmə, damcılı və daşınabilən su çənləri vasitəsilə suvarma işləri, eləcə də digər mövsümi işlər görülüb.
Qeyd edək ki, muxtar respublikanın bütün bölgələrində yaşıllıq sahələrində aqrotexniki qulluq və suvarma işləri aparılıb.

Nəşr edilib : 12.04.2025 18:00