“Yaşıl nəqliyyat” Naxçıvanda şəhər həyatına mühüm ...
14:10 29.11.2026
0
0
3
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilmiş IV Beynəlxalq Konfransın nümayəndələri üçün Qarabağa təşkil edilən xüsusi tanışlıq səfərini əks etdirən paylaşım edib.
"Şərq qapısı" xəbər verir ki, səfər xarici qonaqlara itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların axtarışı, eləcə də insan qalıqlarının aşkarlanması və ekshumasiyası istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən işlərlə yerində tanış olmaq imkanı yaradıb.
Proqram çərçivəsində nümayəndə heyəti Xocalıdakı muzeyi, Qarabağın tarixi və mədəniyyət abidələrini ziyarət edib. Qonaqlar, həmçinin bölgənin zəngin irsi və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
Təqdim olunan videoçarxda səfərin əsas məqamları öz əksini tapıb.
Digər xəbərlər