NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

“Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında aksiya keçirilib

...

Ölkə miqyasında COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq keçirilən tədbirlərin davamı kimi 18-27 oktyabr tarixlərdə Azərbaycanın 85 şəhər və rayon icra hakimiyyəti tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında ağacəkmə aksiyasına start verilib.
Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan-Sədərək magistral yolunun 3-cü kilometrliyində ağacəkmə aksiyası keçirilib. İcra hakimiyyətinin və tabeli idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilən aksiyada 2000-dən artıq meşə və meyvə tingləri əkilib, təbiətə qayğı təbliğ olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən, Əhməd Vəliyev çıxış edərək əvvəlcə 18 Oktyabr “Müstəqilliyin Bərpası Günü”münasibəti ilə aksiya iştirakçılarını təbrik edib, ətraf mühitin mühafizəsinin vacibliyini aksiya iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, 10 gün ərzində keçiriləcək ağacəkmə aksiyasında Naxçıvan şəhəri ərazisində, ümumilikdə, 12300-dən artıq ağac və kollar əkiləcək. ‎

Nəşr edilib : 18.10.2024 14:15