NAXÇIVAN :

02 Oktyabr 2026, Cümə

Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

...

Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya Xocalı şəhərində yerləşən "Xocalı Soyqırımı Memorial Kompleksi" daxil edilib.

Nəşr edilib : 02.10.2026 16:29