NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

...

Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizədlərin adları məlum olub.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçirilən iclasında sədri Zahid Oruc məlumat verib

Onun sözlərinə görə, bu vəzifəyə üç namizəd irəli sürülüb. Onlar hazırkı ombudsman Səbinə Əliyeva, Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva və Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayevdir.

Komitə sədri hər üç namizədin əmək fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdırıb.

Nəşr edilib : 30.10.2026 10:12