NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Xankəndidə və Kərkicahanda yolların buz bağlaması səbəbindən köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edilib

...

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xankəndi şəhərində və Kərkicahan qəsəbəsi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Şərq qapısı" xəbər verir ki, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Honda" və "Toyota" markalı ümumilikdə 4 ədəd minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq kömək göstərilib.

Nəşr edilib : 21.01.2026 10:23